İsrail İrana hücuma hazırlaşması ilə bağlı Amerika mediasına məxfi sənədlərin sızması səbəbindən İrana hücumunu təxirə salmalı olub.
Qaziler.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.
“ABŞ sənədlərinin sızması strategiyanın müəyyən elementlərinin və komponentlərinin dəyişdirilməsi zərurəti səbəbindən hücumu gecikdirdi”, - adı açıqlanmayan kəşfiyyat mənbəsi bildirib.
Mənbənin sözlərinə görə, İsrail alternativ hücum planı üzərində işləyir.
Oktyabrın 20-də Amerikanın CNN telekanalı ABŞ-ın 15 və 16 oktyabr tarixli sənədlərin sızması ilə bağlı araşdırma apardığını bildirib.
QAZİLER.AZ