“Rusiya Ukrayna da daxil olmaqla, dünyada baş verən silahlı münaqişələrə görə təəssüflənir”.
Qaziler.az bildirir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Kazanda keçirilən sammitdə “Autreach”/“BRICS +” formatının plenar iclasında deyib. “NEWS.ru” müxbirinin verdiyi məlumata görə, Rusiya lideri bunu Fələstin prezidenti Mahmud Abbasın çıxışından sonra deyib.
“Əlbəttə, təəssüf ki, planetdə çoxlu silahlı münaqişələr var. Eyni şey burada, sərhədlərimizdə də baş verir. “Böyük təəssüf hissi ilə...”, - Putin qeyd edib.
QAZİLER.AZ