Gürcüstanla Qərb arasında bir vaxtlar səmimi olan münasibətlər pozulmağa başlayıb.
Qaziler.az xəbər verir ki, bunu “The New York Times” qəzetinin məqaləsində köşə yazarı Coşua Kuçera qeyd edib. Onun sözlərinə görə, Tbilisi Qərb ölkələrindən üz çevirib və onlara geri dönməyəcək.
“Gürcüstan uzun müddət arzu olunan tərəfdaş idi (Brüssel və Vaşinqton üçün - NEWS.ru). Qərb dəyərlərinin yayılmasının ilhamverici nümunəsi və postsovet məkanının dərinliklərinə təsir göstərmək üçün əsas strateji forpost idi. Lakin bu günlərdə bu romantika sönməkdədir”, - materialda deyilir.
Kuçerin sözlərinə görə, hakim “Gürcü arzusu” partiyası Qərblə açıq şəkildə düşmən kimi davranmağa başlayıb. Buna cavab olaraq Gürcüstanın yüksək rütbəli məmurlarına qarşı sanksiyalar tətbiq edilir və qarşıdan gələn parlament seçkilərində müxalifət qüvvələrinə dəstək verilir. Jurnalistin fikrincə, gərginliyin səbəbi Tbilisinin ehtiyatlı mövqe tutduğu Ukrayna münaqişəsi olub.
QAZİLER.AZ