Ukraynaya öldürücü silahlar verməyən Cənubi Koreya ABŞ-dən Ukrayna Silahlı Qüvvələrinə tədarük həcmini artırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Kommersant” Rusiya Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin hesabatına istinadən məlumat yayıb.
Sənəddə qeyd edilir ki, Cənubi Koreya ABŞ-a təxminən 300-330 min 155 mm-lik artilleriya mərmisi verib ki, bu da Vaşinqtona Ukraynaya bütün Avropa dövlətlərindən daha çox sursat ötürməyə imkan verib.
Nəşr qeyd edir ki, Seulun Kiyevə silah tədarükü ilə bağlı mövqeyi dəyişə bilər. Cənubi Koreya Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfərindən sonra Şimali Koreya lideri Kim Çen Inla hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş layihəsini imzaladıqdan sonra bunu nəzərdən keçirmək qərarına gəlib.
QAZİLER.AZ