Ukraynanın “Sülhməramlı” portalında BMT-nin baş katibi Antonio Quterreşin məlumat kartı peyda olub.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında məlumat verib.
“Hələ də öz serverlərində bu saytı qoruyan anqlo-saksonlar, öz himayədarlarını yeməyə başlayan başqa bir terrorçu hüceyrəni qidalandırdılar. Nəzərinizə çatdırım ki, Quterreş NATO-nun göstərişlərinə müqəddəs şəkildə sadiq olan qeydiyyat yerində portuqaliyalıdır”, - Zaxarova şərh edib.
Beynəlxalq məmurun “öldürülənlər siyahısı”na salınmasına səbəb onun BRİCS sammitində iştirakı olub.
QAZİLER.AZ