ABŞ KXDR-dən Rusiyaya 3 min döyüşçünün gəldiyini AÇIQLAYIB

ABŞ KXDR-dən Rusiyaya 3 min döyüşçünün gəldiyini AÇIQLAYIB backend

Amerika hərbçiləri hesab edir ki, KXDR ordusunun üç min əsgəri Rusiya Federasiyasına təlim keçmək üçün gəlib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bizim qiymətləndirməmiz budur ki, bu əsgərlər gəmi ilə Şimali Koreyadan Vladivostoka, daha sonra Rusiyanın şərqindəki müxtəlif təlim bölmələrinə gediblər və hazırda həmin ərazilərdə təlim keçirlər”, - Kirbi açıqlamasında deyib.

Qeyd olunur ki, Amerika kəşfiyyatına Şimali Koreya qoşunlarının Ukraynadakı münaqişədə iştirak edib-etməyəcəkləri hələlik məlum deyil.

QAZİLER.AZ

Diaspora