BRİCS sammitində qonaqlar üçün hazırlanan menyu məlum olub

BRİCS sammitində qonaqlar üçün hazırlanan menyu məlum olub backend

Kazanda keçirilən BRİCS sammitinin qonaqlarına nərə balığı və tatar mətbəxi ilə hazırlanan küftə təqdim olunub.

Qaziler.az xəbər verir ki, sammitin möhtərəm qonaqlarının menyusunu TASS agentliyi nəşr edib.

"BRICS +/Autreach sammitinin iştirakçılarına kartoflu tatar xörəkləri təqdim olunub, onlar həmçinin nərə balığı ilə küftə və göbələkli küftə arasında seçim edə biliblər. Digər yeməklərə tərəvəz ilə bişmiş quzu əti, tərəvəz lazanyası və ya tərəvəz ilə bişmiş levrek balığı daxildir.

Desert üçün qonaqlara vanilinli dondurma və ya şokoladlı tort ilə alma piroqu dadmaq təklif edilib", - nəşr qeyd edib.

Qeyd edək ki, BRİCS-in Kazan sammiti oktyabrın 22-də başlayıb. Tədbir oktyabrın 24-dək davam edəcək. İlk dəfədir ki, iclasda assosiasiyaya yeni üzv ölkələr də iştirak edir.

QAZİLER.AZ

Diaspora