Sudanın Şimali Darfur əyalətində vurulan təyyarə ölkə ordusu tərəfindən mühasirədə olan El Faşer şəhərinin təchizatı üçün lazım olub. O, silahların, döyüş sursatı və qidaların havadan atılması üçün istifadə olunub.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Nəşrin məlumatına görə, müxalifət fraksiyası və qəza yerindən tapılan sənədlərə görə, təyyarədə rusiyalı ekipaj üzvləri olub.
“Reuters” tərəfindən həyata keçirilən sənədlərin, videoların və sosial medianın təhlili göstərib ki, Rusiya ekipaj üzvlərindən ən azı birinin silah alverində keçmişi olub.
Xatırladaq ki, oktyabrın 21-də Sudanda göyərtəsində rusların da olduğu “İl-76” yük təyyarəsi ölkənin Çevik Reaksiya Qüvvələri tərəfindən vurulub.
QAZİLER.AZ