Latviya Ukraynanın 2025-ci ildə NATO-ya dəvət ediləcəyini gözləyir. Riqa həm də Kiyevin Aİ-yə daxil olmasını dəstəkləyir.
RBC-Ukrayna parlamentin saytındakı bəyanata istinadən yazır ki, bunu Latviya Seyminin rəhbəri Daiga Mierina deyib.
“Biz çox ümid edirik ki, gələn il NATO-nun Haaqa sammitində Ukraynanı NATO-ya dəvət etmək üçün siyasi qərar qəbul edə biləcəyik. Biz NATO müttəfiqlərimizlə bu məqsəd uğrunda çalışacağıq”, - deyə o bildirib.
Seym rəhbərinin sözlərinə görə, Latviya da Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləyir və Riqa lazımi dəstəyi göstərməyə və ukraynalı həmkarları ilə təcrübə mübadiləsi aparmağa hazırdır.
QAZİLER.AZ