İspaniyanın Mostoles şəhərində polis silahlı soyğunçuluqda, bədən xəsarəti yetirməkdə və polis əməkdaşlarına hücum etməkdə ittiham olunan ölkədə ən çox axtarılan on cinayətkardan birini həbs edib.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 22-də idarənin saytında məlumat verilib.
"O, sosial şəbəkələrdə və İspaniyada ən təhlükəli cinayətkarlar haqqında məlumatları dərc edən mediada başladılan kampaniyanın ardınca vətəndaşların əməkdaşlığı sayəsində həbs edilib", - İspaniya milli polisinin press-relizində deyilir.
Saxlanılan şəxsin adının Qreqorio Navas Ernandes olduğu bildirilir. O, zorakılıqla quldurluqda təqsirli bilinib və yol hərəkəti qaydalarının pozulması, qeyri-qanuni birliklərə qoşulma, saxtakarlıq, avtomobil oğurluğu və asayiş keşikçilərinə hücumla bağlı 20-dən çox məhkumluğu olub.
QAZİLER.AZ