Ostin ABŞ-ın Ukraynanın Rusiyanı ATACMS-la vurmasını qadağan etməsinin digər səbəbini açıqladı

Ostin ABŞ-ın Ukraynanın Rusiyanı ATACMS-la vurmasını qadağan etməsinin digər səbəbini açıqladı backend

ABŞ Ukraynaya Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə icazə vermir. Vaşinqton hesab edir ki, Rusiya artıq öz hədəflərini raketlərin əhatə dairəsindən kənara çıxarıb.

Qaziler.az bildirir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin "Fox News"a müsahibəsində bildirib.

“Düşünürəm ki, onların (ukraynalıların - red.) uzaq məsafədən zərbələr endirməyə davam etmək imkanı var və bunu edəcəklər”, - ABŞ müdafiə naziri bildirib.

Pentaqon rəhbəri əlavə edib ki, ABŞ-ın pilotsuz təyyarələr baxımından təmin etdiyi Ukraynanın çoxlu imkanları var.

QAZİLER.AZ

 

Diaspora