Şimali Atlantika Alyansı Rusiya sərhədləri yaxınlığında ən böyük artilleriya təlimi olan "Lightning Strike 24" təlimini keçirməyə hazırlaşır.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin rəsmi saytında bildirilir.
Təlim noyabrın 4-dən noyabrın 28-dək davam edəcək.
NATO təlimlərində Finlandiya, ABŞ, İsveç, Estoniya, Böyük Britaniya və Fransadan 3600-ə yaxın hərbçi iştirak edəcək.
Nəşr qeyd edir ki, “Lightning Strike 24” Avropa ölkələrində keçirilən Alyansın tarixində ən böyük artilleriya atışları silsiləsi “Dynamic Front 25” fonunda baş tutacaq. Onların məqsədi Helsinkinin müttəfiqləri ilə əməkdaşlıqda əməliyyat bölgəsində müdafiə imkanlarını sınaqdan keçirmək olacaq.
Şimali Avropanın ən böyük artilleriya atış poliqonu olan Rovayarvi Alyansa uzaq məsafəli atəşləri tətbiq etmək üçün əla imkan verəcək.
QAZİLER.AZ