Almaniya polisi Düsseldorfdakı bir pitseriyanın sifarişlərlə birlikdə gizli şəkildə kokain payladığı narkotik şəbəkəsini ələ keçirib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Almaniya polisi basqın etdikləri pizzacı menyusunda 40 nömrə sifariş edən müştərilərə pizza ilə yanaşı kokain də verildiyini üzə çıxarıb.
Almaniyalı səlahiyyətlilər deyirlər ki, mağazaya nəzarət onlara Almaniyanın ən sıx məskunlaşdığı Şimali Reyn-Vestfaliya əyalətində mütəşəkkil cinayət şəbəkəsini aşkar etməyə imkan verib.
DPA xəbər agentliyinin verdiyi məlumata görə, elit bölmələr də daxil olmaqla, təxminən 150 polis keçən həftə doqquz şəhərdə 16 mülkdə axtarış aparıb, üç şübhəlini həbs edib və gizlədilən silahları ələ keçirib.
Müfəttiş Mixael Graf von Moltke deyib ki, adi ərzaq yoxlaması zamanı mətbəxdə narkotik aşkar etdikdən sonra polis məşhur şəhər pizzacısını hədəf alıb.
Dəstə üzvlərinə məxsus ünvanlara keçirilən reydlər zamanı marixuana sahəsi də aşkar edilib.
Şəhərin Narkotiklərlə Mübarizə İdarəsindən verilən məlumata görə, müəssisə nəzarətə götürülüb və 40 nömrəli pizzanın müştərilərin sevimlisi olduğu aşkar edilib.
40 nömrəli sifarişlə hər pizzanın altına bir paket kokain qoyulduğunu ifadə edən Moltke: "Bu tapıntı bizi təəccübləndirdi, çünki sahibi heç vaxt narkotik cinayətləri ilə ittiham olunmayıb", - dedi.
Digər tərəfdən, pitseriyanın “Hər şeyi evinizə gətiririk” reklam şüarı da diqqət çəkib.
QAZİLER.AZ