Böyük Britaniyada iki qatar toqquşub

Böyük Britaniyada iki qatar  toqquşub backend

Böyük Britaniya krallığına daxil olan Uelsdə iki qatar üz-üzə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, axşam saatlarında Uelsin Llanbrynmair bölgəsində iki sərnişin qatarı toqquşub.

Hadisə yerinə təcili yardım, xilasetmə və polis qrupları gəlib. Britaniya Nəqliyyat Polisi (BTP) qəza nəticəsində 1 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb.

Səbəbi hələ məlum olmayan qəza ilə bağlı araşdırmalara başlanılıb.

QAZİLER.AZ

Diaspora