Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Poznandakı konsulluğunu bağlamaq qərarına gəlib

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Poznandakı konsulluğunu bağlamaq qərarına gəlib backend

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Poznandakı konsulluğunu bağlamaq qərarına gəlib.

Qaziler.az bildirir ki, bu barədə çərşənbə axşamı, oktyabrın 22-də Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski jurnalistlərə bildirib.

“Mən Rusiyanın Poznandakı konsulluğunun fəaliyyəti ilə bağlı razılığımı geri götürmək qərarına gəldim. Onun işçiləri Polşada arzuolunmaz sayılacaq”, - “Onet” portalı onun sözlərini sitat gətirir.

Eyni zamanda, Sikorski  Rusiya xüsusi xidmət orqanlarını ölkədə təxribat təşkil etməyə cəhddə ittiham etdib və qərarını Rusiyanın Polşa və onun müttəfiqlərinə qarşı apardığı iddia edilən “hibrid müharibə” ilə əlaqələndirdi.

Varşavanın hərəkətlərini RİA Novosti-yə şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın növbəti düşmən addımına “ağrılı cavab” verəcəyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora