“Apple” Çindəki beş milli parkda ekoloji təhsili dəstəkləmək üçün Çin Yaşıl Karbon Fonduna ianə edib. Təşəbbüs ətraf mühitin mühafizəsi və idarə edilməsi sahəsində karyera quran gənclər üçün imkanlar yaratmaq məqsədi daşıyır.
Qaziler.az xəbər verir ki, bu barədə “PhoneArena” məlumat yayıb.
“Apple” şirkətinin baş direktoru Tim Kukun sözlərinə görə, milli parklar planetin gözəlliyini, möcüzəsini qorumaq və nümayiş etdirmək üçün əsas rol oynayır.
“Apple”ın ianəsi Çinin milli parklarında gələcək ekoloji liderlər üçün təhsil imkanlarını genişləndirmək məqsədi daşıyır.
QAZİLER.AZ