İraqın baş naziri Məhəmməd Şia əl-Sudani bu ölkədə "İslam Dövləti" terror qruplaşmasının liderinin məhv edildiyini açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Həmçinin, onun sözlərinə görə, bu terror qruplaşmasının daha səkkiz yüksək rütbəli komandiri məhv edilib.
Sentyabrın sonunda məlum olub ki, ABŞ və İraq hökuməti 2025-ci ilin sentyabrına qədər İŞİD-lə mübarizədə “Sarsılmaz əzm” missiyasını dayandırmaq barədə razılığa gəliblər. Sənədə əsasən, Vaşinqton və Bağdad İraq qüvvələrini dəstəkləyəcək və terror qruplaşmasına təzyiqi davam etdirəcək şəkildə ikitərəfli təhlükəsizlik tərəfdaşlığına keçəcəklər.
QAZİLER.AZ