Macarıstanın xüsusi xidmət orqanları ABŞ kəşfiyyatından ölkədə 1956-cı il hadisələrinin növbəti ildönümünə həsr olunmuş hökumət əleyhinə silahlı aksiyaya mümkün hazırlıq barədə məlumat alıb.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə respublikanın Hökumət İnformasiya Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, Milli Terrorla Mübarizə Mərkəzi artıq müvafiq tədbirlər görüb.
“Macarıstanın kəşfiyyat xidmətləri amerikalı tərəfdaşlarından onlayn qruplardan birində gənclərin müdafiə olunan şəxslərə qarşı yaxın gələcəkdə planlaşdırılan aksiyanı müzakirə etdikləri barədə məlumat alıblar”, - hesabatda qeyd edilib.
Qeyd olunub ki, sui-qəsdçilər aksiya zamanı sonradan istifadə etmək üçün silah almağı planlaşdırıblar. Hökumət əlavə edib ki, səlahiyyətli orqanlar belə məlumatların yoxlanılmasına xüsusi diqqət yetirir və bütün lazımi tədbirləri görür.
QAZİLER.AZ