Amerikanın "McDonald's" fəstfud restoranlar şəbəkəsinin rəhbərliyi ABŞ prezidentliyinə namizədlərin heç birini dəstəkləmədiyini bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" yayıb.
Nəşrin məlumatına görə, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp oktyabrın 20-də Pensilvaniya ştatında restorana baş çəkdikdən sonra şirkət tərəf tutmayıb.
“McDonald's” prezidentlik vəzifəsinə namizədləri dəstəkləmir və biz ptən seçkilərdə olduğunu indiki prezidentlik yarışında da seçimimizə sadiq qalırıq. Biz qırmızı və ya mavi deyilik – biz qızılıyıq”, - deyə şirkət məlumatda qeyd edib.
QAZİLER.AZ