Britaniya hakimiyyəti qul ticarətinə görə heç bir təzminat ödəməyəcək və buna görə üzr istəməyəcək.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniya baş nazirinin nümayəndəsi Key Starmer bildirib. O, aydınlaşdırıb ki, bu məsələ gündəmdə deyil və hökumətin mövqeyi dəyişməyib.
“Biz kompensasiya ödəmirik. Üzr istəməklə bağlı mövqeyimiz də eyni olaraq qalır. Biz üzr istəməyəcəyik”, - sözçü bildirib.
Samoada keçirilən Birlik sammiti zamanı o əlavə edib ki, London danışıqlarda bu mövzunu gündəmə gətirmək niyyətində deyil. Bunun əvəzinə, diqqət Birliyin qarşısında duran cari çağırışların, o cümlədən iqtisadi artımla bağlı məsələlərin həllinə yönəldiləcəkdir.
QAZİLER.AZ