Amerika dünyanın ən böyük tankını müəyyən edib

Amerika dünyanın ən böyük tankını müəyyən edib backend

1973-cü ildən istehsal edilən və Ukraynada xüsusi hərbi əməliyyatlar zamanı istifadə edilən Rusiyanın “T-72” tankı hələ də dünyanın ən böyük tankıdır.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu haqda köşə yazarı Brandon Vayxert Amerikanın "The National Interest" nəşrindəki məqaləsində bildirib. Onun sözlərinə görə, zirehli maşının istismarı nisbətən asandır və qiyməti münasibdir. Hazırda bu tank bir çox dövlətlərin hərbi qüvvələrində xidmətdədir.

Vayxert onu da qeyd edib ki, Rusiya “T-72”nin müasir modifikasiyalarının kütləvi istehsalına qadirdir. Jurnalist qeyd edib ki, bu tank hərbi qulluqçulara pilotsuz təyyarələrdən aktiv istifadə şəraitində hava hücumundan müdafiə missiyalarını yerinə yetirməyə imkan verir.

Məqalədə qeyd edilib ki, dünyanın ən yaxşı tankları siyahısına Rusiyanın “T-72”sindən əlavə, Amerikanın “M1 Abrams”, Almaniyanın “Leopard 2” və Britaniyanın “Challenger 2” tankları da daxildir. Bundan əlavə, İsrailin “Merkava V” tankı, Fransanın “Leclerc XL”, Koreyanın “K2” “Qara Panter” və Çinin “Tip 99” tankları reytinqə daxil edilib.

QAZİLER.AZ

Diaspora