ABŞ Ukraynaya 400 milyon dollar dəyərində daha bir hərbi dəstək paketi verəcək - Ostin

ABŞ Ukraynaya 400 milyon dollar dəyərində daha bir hərbi dəstək paketi verəcək -  Ostin backend

Amerika Birləşmiş Ştatları Ukraynaya yeni hərbi yardım paketi ayıracaq. Onun həcmi 400 milyon dollardır.

Qaziler.az-ın məlumatına görə, “Ukrinform” xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kiyevə səfəri zamanı bildirib.

“Co Baydenin rəhbərliyi altında Ukraynaya ABŞ-nin dəstəyi artırmağa davam edir. Bu gün mən Prezidentin 400 milyon dollarlıq yardım paketini elan etmək istəyirəm”, - Ostin bildirib.

Onun sözlərinə görə, yeni paketə Ukrayna üçün sursat, hərbi texnika və silahlar daxil olacaq. 

Xatırladaq ki, Ostin bu gün Kiyevə elan olunmamış səfərlə gəlib. Onun planlarına Ukraynaya gələcək yardımı müzakirə etmək daxildir. 

QAZİLER.AZ

 

Diaspora