Hakerlər “Vodafone” abunəçilərinin məlumatlarını oğurladı

Hakerlər “Vodafone” abunəçilərinin məlumatlarını oğurladı backend

Hakerlər Böyük Britaniyanın “Vodafone” mobil rabitə şirkətinin 1 827 abunəçisinin şəxsi məlumatlarını oğurlayıb.

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən xəbərinə görə, bu barədə “Sky News” televiziya şirkəti məlumat yayıb.

Şirkət nümayəndələri bildirib ki, insident oktyabrın 29-da baş verib. Qarətçilər istifadəçilərin adları və telefon nömrələrini, həmçinin onların bank hesabları barədə məlumatları oğurlamağa nail olublar.

Artıq baş verən faktla bağlı cinayət işi açılıb, araşdırmalara başlanılıb. Hazırda “Vodafone” şirkəti müştərilərin hesab nömrələrini bərpa edir.

Şirkət rəsmiləri əmin edir ki, hakerlər tərəfindən oğurlanan məlumatlar abunəçilərin hesablarına daxil olmaq üçün yetərli deyil.
Diaspora