Avstraliyanın aborigen əsilli senatoru Lidiya Torp, Avstraliyaya səfər edən İngiltərə kralı III Çarlzın parlamentdəki çıxışına "Bura sənin torpağın deyil. Sən mənim kralım deyilsən. Sən bizim kralımız deyilsən", - deyə reaksiya verdi.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, yerli mətbuatda yer alan xəbərlərə görə, Kral Çarlz ölkədəki təmaslarının ikinci günündə paytaxt Kanberrada Avstraliyanın baş naziri Entoni Albanese və müxalif Liberal Partiyasının lideri Peter Dutton tərəfindən qarşılanıb.
Baş nazir Albanese parlamentdəki çıxışında: "Sizi burada, demokratiyamızın ürəyində ilk dəfə bir monarx olaraq salamlamaqdan məmnunuq" dedi. O, səfərinə görə Kral Çarlza təşəkkür edib.
Kral Çarlz da Albandan sonra Avstraliya parlamentində çıxış edib. O, Avstraliyadakı tələbəlik illərindən, ölkənin iqlim dəyişikliyinə qarşı həssaslığından və "First Nations (İlk Xalqlar)" yerli əhalisindən danışdı.
Kral Çarlz çıxışını bitirdikdən sonra tribunadan çıxarkən aborigen senator Lidiya Torp platformaya yaxınlaşaraq:"Bura sənin torpağın deyil. Sən mənim kralım deyilsən. Sən bizim kralımız deyilsən", - reaksiyalarla qarşılaşdı.
Torp: "Xalqımıza qarşı soyqırım etdiniz. Torpaqlarımızı geri verin. Bizdən oğurladıqlarınızı bizə qaytarın. Torpaqlarımızı yox etdiniz. Siz soyqırımçısınız", - deyə qışqırdı.
İngilis tkrallığının bu ölkəni işğal etdiyini bildirən Torp, "Kral Çarlz bu torpaqların qanuni hökmdarı deyil" , - dedi.
Daha sonra senator Torp mühafizəçilərin müşayiəti ilə parlamentdən çıxarılıb.
QAZİLER.AZ