FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin ölüm xəbəri yayılıb.
APA "A haber"ə istinadən xəbər verir ki, bu barədə FETÖ-nün mətbuat orqanı olan "Herkül" saytı məlumat yayıb.
Onun dünən yerləşdirildiyi xəstəxanada öldüyü vurğulanıb. F.Gülenin böyrək çatışmazlığı, şəkər xəstəliyi və demensiyadan əziyyət çəkdiyi qeyd edilib.