Səfirimizin 3 milyonluq korrupsiya əməli - Bakıya təhlükə

Səfirimizin 3 milyonluq korrupsiya əməli - Bakıya təhlükə backend

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib.

QAZÍLER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, bu barədə  mötəbər menbeler  məlumat yayıb.

Bildirilib ki, səfirlikdə hər il viza alverindən milyonlar vəsait mənimsənilir. Söhbət viza rüsumunun 20 dollar olduğu halda səfirliyin saxta “vasitəçi şirkət”in əli ilə vizanı 500 dollara satmasından gedir. İl ərzində təxminən 5 min viza verilir ki, bu da yekunda 2-3 milyon dollar aralığında mənimsəmə olduğunu göstərir.

Viza alveri ilə məşğul olan “vasitəçi şirkət”in Azərbaycan Xarici İşlər Nazirliyindəki (XİN) rəhbər şəxslərdən birinə məxsus olduğu bildirilir. Şübhəsiz ki, belə milyonluq dövriyyəni təkcə səfirliyin həyata keçirməsi inandırıcı deyil. Prosesi Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov və XİN-də güclü mövqeyə malik “əlaqələndirici” aparır. Bu, XİN-də sabiq nazir müavini Nadir Hüseynovun ənənələrinin hələ də davam etdirildiyini göstərir. Xatırladaq ki, məhz Nadir Hüseynovun da adı viza alverində hallanırdı. O, 2020-ci ilin sentyabrında tutduğu vəzifədən uzaqlaşdırılıb.

Sözügedən qanunsuzluğun İraqdakı səfirliyimizdə cərəyan etməsi olduqca təhlükəlidir. Sirr deyil ki, İraq terror təşkilatlarının, müxtəlif radikal cinayətkar qrupların aktiv fəaliyyət göstərdiyi ölkədir. Bunu nəzərə alanda 500 dollara viza satan Nəsir Məmmədovun hansı riskli işə qol qoyduğunu başa düşmək olur. Belə ki, ölkəmizdə təxribat törətmək istəyən şəxs İraqdakı səfirliyimizdən 500 dollara viza alaraq Azərbaycana gələ bilər. Bu baxımdan Azərbaycanın İraqdakı səfirliyində tüğyan edən korrupsiya hallarının həm də ölkənin təhlükəsizliyini təhdid etdiyini deyə bilərik. Vətənin sərhədi səfirliklərdə başlayır. Ancaq görünür, səfir Nəsir Məmmədov üçün bu sərhədin keçilməsinin qiyməti cəmi 500 dollardır.

Viza verilməsi prosesi hər detalı ilə araşdırılması gərəkən mövzudur. Bunu isə Prezident İlham Əliyev tərəfindən yaradılmış ASAN VİZA sistemi ilə həyata keçirmək daha məqsədəuyğundur.

Məlumat üçün bildirək ki, Nəsir Natiq oğlu Məmmədov Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili kimi çalışıb. Ötən ilin avqustunda Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu təyinat ölkədə kadr islahatlarının, gəncləşmə siyasətinin davamı kimi ictimaiyyətdə diqqət çəkib. Lakin görünür, səfir Nəsir Məmmədov bu etimaddan başqa cür istifadə etməyə çalışır.

Diqqət çəkən başqa məqam səfir N.Məmmədovun adı korrupsiyada hallanan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın kürəkəni olmasıdır.

Xatırladaq ki, Azərbaycanın İraqdakı səfirliyində cərəyan edən korrupsiya faktı ilk deyil. Belə ki, bir qədər əvvəl Qətərdəki səfirimiz Mahir Əliyevin də adı analoji məsələdə hallanmışdı. Hesablama Palatası və Maliyyə Nazirliyinin apardığı yoxlamalar nəticəsində Qətərdəki səfirliyimizdə təxminən 300-400 min dollarlıq yeyinti aşkar olunmuşdu.

Diaspora