Rusiya paytaxtında ictimai nəqliyyat üçün “ağıllı” dayanacaqlar yaradılacaq. İKT.lent.az-ın xəbərinə görə, bu barədə şəhərin rəsmi saytında (mos.ru) məlumat yayılıb.
Moskva merinin müavini Maksim Liksutov bildirib ki, ilin axırına qədər Moskva küçələrində kameralar, işıqlandırma və smartfonlar üçün şarj vasitələrinin olduğu 181 dayanacaq pavilyonu sakinlərə xidmət göstərməyə başlayacaq. Bu işlər “Mənim küçəm” proqramı çərçivəsində reallaşdırılır. İnnovasion dayanacaqlar sakinlərə bilet almaq, onlara lazım olan marşrutları axtarmaq, öz smartfon və digər elektron qurğularını şarj etmək imkanı verəcək.“Ağıllı” dayanacaqlardan başqa, Moskva şəhərindəki 450 adi dayanacaq pulsuz Wi Fi ilə təchiz ediləcək.