Çin lideri Si Szinpin Çinin strateji raket qüvvələrinin döyüş hazırlığının artırılması barədə göstəriş verib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi "Sinxua" məlumat yayıb.
Szinpin Xalq Azadlıq Ordusunun Raket Qüvvələri briqadasına səfəri zamanı bildirib ki, hərbçilər strateji “çəkindirmə və döyüş qabiliyyətini” gücləndirməlidir.
O, briqadanın zabit və əsgərlərini bacarıqlı olmağa, əllərində olan silahlardan daha yaxşı istifadə etməyə, partiyanın və xalqın etimadını doğrultmağa çağırıb.