“YUKOS EP” şirkətinin korporativ idarəetmə üzrə keçmiş vitse-prezidenti Mixail Roqaçev Moskvada ölü tapılıb. İlkin məlumata görə, o, pəncərədən yıxılıb.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, 64 yaşlı Mixail Roqaçevin meyiti saat 8.30 radələrində yaşadığı Protopopovskidəki evin həyətində tapılıb. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
Nəşr bildirib ki, onun intihar etdiyi ehtimalı var:
“Onun səhhətində, o cümlədən əsəblərində ciddi problemlər var idi. İntihardan əvvəl yazdığı qeydində iş adamı həkimləri danlayıb və həyat yoldaşı ilə vidalaşıb”.
Mixail Roqaçev 90-cı illərdə “Yukos” korporasiyasında rəhbər vəzifələrdə çalışıb. Daha sonra o, ONEXIM qrupunun icraçı direktoru, “Norilsk Nikel” dağ-mədən və metallurgiya şirkətinin baş direktorunun müavini olub.