İtaliyanın baş naziri Corciya Meloni Livana səfər edib və baş nazir Necip Mikati ilə görüşüb.
QAZÍLER.AZ Publika.az-a istinaden xəbər verir ki, İsrailin hücumlarından sonra ölkəyə səfər edən ilk dövlət lideri olan Meloni Livana hər sahədə kömək etməyə hazır olduqlarını bildirib.
Avropa İttifaqı (Aİ) Zirvə toplantısından dərhal sonra Yaxın Şərq səfərlərinə başlayan baş nazir paytaxt Beyrutda livanlı həmkarı Necib Mikati ilə görüşüb.
Görüşdən sonra açıqlama verən Meloni bildirib ki, Qəzzada daimi sülhün olması şərtdir.
“Birləşmiş Millətlər Təşkilatının Beyrutdakı sülhməramlı qüvvəsi dəstəklənməli və gücləndirilməlidir. Bu ölkə böyük çətinliklərin öhdəsindən gəlməyə çalışır. İtaliya bütün istiqamətlərdə yardım göstərməyə hazırdır.
Hazırda Livana təsir edən münaqişələr nəticəsində 1 milyondan çox livanlı evlərini tərk edib. Biz bu məsələni Avropada qaldıracağıq. Qaçqınların öz ölkələrinə qayıtması üçün lazımi şəraitin yaradılmasını təmin edəcəyik”, - deyə o, əlavə edib.