Yaxın Şərq ölkəsi Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində VASİTƏÇİ OLDU

Yaxın Şərq ölkəsi Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində VASİTƏÇİ OLDU backend

Birləşmiş Ərəb Əmirlikləri Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsində vasitəçi kimi çıxış edib.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya hərbçilərinin əsirlikdən geri qaytarılması zamanı Birləşmiş Ərəb Əmirlikləri humanitar vasitəçilik səylərini təmin edib”, - nazirliyin bəyanatında qeyd edilib.

Oktyabrın 18-də axşam saatlarında Müdafiə Nazirliyi Rusiya və Ukraynanın 95-95 formatında əsirləri dəyişdirdiyini elan edib. Hazırda azadlığa çıxan rusiyalı hərbi əsirlər Belarusdadırlar, onlara lazımi tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı yaradılır.

Sentyabrın 14-də Kursk vilayətində əsir götürülmüş 103 rusiyalı hərbçi danışıqlar prosesi nəticəsində Ukrayna əsirliyindən Rusiyaya qaytarılıb.

QAZİLER.AZ

Diaspora