Antonio Qutierrez adına İstilik Elektrik Stansiyasının gözlənilmədən baş verən qəzadan sonra Kubada elektrik təchizatı tamamilə kəsilib.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Kubanın Energetika və Mədən Sənayesi Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Mesajda bildirilir ki, İES-də qəza yerli vaxtla səhər saat 11-də baş verib, ardınca Milli Elektrik Enerji Sisteminin fəaliyyəti tam dayandırılıb.
"Elektrik Birliyi onu bərpa etmək üçün iş görür", - nazirlik qeyd edib.
Ölkə prezidenti Migel Diaz-Kanel Bermudes “X”dəki səhifəsində qeyd edib ki, respublika rəhbərliyi ölkə üçün çox həssas olan bu problemin tezliklə həllini zəruri hesab edir.
QAZİLER.AZ