Misirdə Rusiya təyyarəsinin qəzaya uğradığı ərazidə yeni cəsədlər tapıldı

Misirdə Rusiya təyyarəsinin qəzaya uğradığı ərazidə yeni cəsədlər tapıldı backend

Rusiya xilasediciləri Misirdə “Airbus 321” təyyarəsinin qəzaya uğradığı ərazidə yeni cəsədlərin qalıqlarını tapıb. APA TV-nin xəbərinə görə, bu barədə Rusiya FHN-in əməliyyat qrupunun rəhbəri Aleksandr Aqafonov bildirib.



Onun sözlərinə görə, təyyarənin qalıqları böyük ərazini əhatə edir, bu isə onun səmada parçalandığını təsdiqləyir. Davam edən axtarışlarda Rusiya FHN-in 80-dək əməkdaşı iştirak edir.

Misirin ədliyyə nazirinin müavini Şaban əş-Şami isə deyib ki, ki, ölən sərnişinlərdən 196-nın cəsədi Rusiya tərəfinə təhvil verilib.

Rusiya FHN-in departament rəisi Aleksandr Aqafonov onu da bildirib ki, təyyarənin qəzaya uğradığı ərazidə Ukrayna və Belarus vətəndaşları da daxil olmaqla 111 nəfərin pasportu tapılıb. O, məlumat verib ki, indiyədək 15 kv. km ərazidə axtarış aparılıb. Sərnişinlərin şəxsi əşyaları helikopterlərlə Qahirəyə aparılıb, oradan isə Sankt-Peterburqa göndəriləcək.



Diaspora