Pentaqon: "Ukraynaya hərbi dəstək üçün koalisiyalar yaradılıb"

Pentaqon: "Ukraynaya hərbi dəstək üçün koalisiyalar yaradılıb" backend

"Ukraynanı dəstəkləmək üçün Qərb müttəfiqləri bir sıra hərbi sahələrdə Kiyevə kömək etmək məqsədiylə ixtisaslaşan koalisiyalar yaradıblar".

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin danışıb.

Ostinin sözlərinə görə, söhbət artilleriya, hava qüvvələri, İT texnologiyaları və pilotsuz təyyarələrdəki koalisiyalardan gedir.

“Bizim hava qüvvələri koalisiyamız var ki, ilkin olaraq Ukraynaya döyüş təyyarələri almağa kömək etməyə yönəlmişdi. Bildiyiniz kimi, hazırda Ukraynada “F-16”lar var və biz bunu gücləndirməyə davam edəcəyik”, - Lloyd Ostin oktyabrın 18-də keçirdiyi mətbuat konfransında bildirib.

Xəbərdə qeyd olunub ki, artilleriya koalisiyası Ukraynaya həm cari, həm də uzunmüddətli ehtiyacları ödəmək üçün artilleriya sistemləri və sursat almağa kömək edir. İT koalisiyası Kiyevi informasiya məkanında dəstəkləyir, dron koalisiyası isə dronlarla bağlı problemlərin həllinə kömək edir.

QAZİLER.AZ

Diaspora