Zelenski: "Üç ölkənin sülh təkliflərini müzakirə etməyə hazıram"

Zelenski: "Üç ölkənin sülh təkliflərini müzakirə etməyə hazıram" backend

Ukrayna ərazisindəki münaqişənin həlli ilə bağlı Çin, Hindistan və Cənubi Afrikadan gələn təklifləri müzakirə etməyə hazırdır.

Qaziler.az bildirir ki, TASS-ın məlumatına görə, bu barədə prezident Volodimir Zelenski Ukrayna telemarafonunda bildirib.

Zelenskinin sözlərinə görə, bunu müzakirə etmək üçün yaxşı fürsət noyabrda - G20 ölkələrinin toplantısında yaranacaq, orada adıçəkilən ölkələrin nümayəndələri olacaq.

“Buyurun, onların təkliflərini və digər şeyləri qəbul edə bilərik. Əgər o, dünyanı bir plan ətrafında birləşdirərsə, mən bunun tərəfdarıyam”, - deyən Ukrayna lideri, görünür, digər ölkələrin sülh təşəbbüslərinin onun “qələbə planına” daxil edilə biləcəyini nəzərdə tutur.

Qeyd edək ki, oktyabrın 16-da Ali Radanın iclasında Zelenski ilk dəfə beş bənddən ibarət “qələbə planını” təqdim edib.

QAZİLER.AZ

Diaspora