Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya-Ukrayna üzrə sülh danışıqlarının Səudiyyə Ərəbistanında keçirilməsinin əleyhinə deyil.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir. O qeyd edib ki, danışıqların harada aparılacağı önəmli deyil, əsas müzakirə prosesinin özüdür.
Putin Səudiyyə Ərəbistanına dost ölkə kimi baxdığını vurğulayıb, dövlətin kralı və vəliəhd şahzadəsi ilə yaxşı münasibətlərinin olduğunu qeyd edib. Rusiya lideri əminliklə bildirib ki, Səudiyyə Ərəbistanının Ukraynadakı münaqişənin həlli istiqamətində atdığı addımlar səmimidir.
QAZİLER.AZ