Cənubi Koreya prezidenti Yun Sok-Yel Şimali Koreya qoşunlarının Rusiya Federasiyası ərazisinə mümkün yerdəyişməsi ilə bağlı təcili iclas çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd olunur ki, Seul KXDR-in bu demarşını milli təhlükəsizliyə ciddi təhdid hesab edir.
Müəlliflərin yazdığına görə, görüşdən sonra Rusiya Federasiyasına neçə hərbi qulluqçunun göndərildiyi barədə məlumat verilməyib. Səlahiyyətlilər həmçinin Şimali Koreya döyüşçülərinin rollarının nə ola biləcəyi barədə məlumat verməyiblər.
QAZİLER.AZ