“Moskva-İrəvan” avtobusu aşdı: 7 ölü, 35 yaralı - YENİLƏNİB-2

“Moskva-İrəvan” avtobusu aşdı: 7 ölü, 35 yaralı - YENİLƏNİB-2 backend

Rusiyanın Tula vilayətində ötən gecə “Moskva-İrəvan” avtobusunun aşması nəticəsində ölənlərin say 7-yə çatıb, 35 nəfər yaralanıb.

APA-nın verdiyi xəbərə görə, APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə bölgənin xilasetmə qurumlarındakı mənbə bildirib.

“Avtobusda 63 sərnişin olub, 35 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 7-nin vəziyyəti ağır, 10 nəfərin – orta ağırdır”, deyə mənbə bildirib.


**** 07.53


Rusiyanın Tula vilayətində “Moskva-İrəvan” avtobusu aşıb, 6 nəfər ölüb, 27 nəfər yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-in Tula vilayəti üzrə idarəsinin saytında dərc olunmuş məlumatda bildirilir.

“Avtobusda 59 sərnişin olub. Son məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 27 nəfər xəsarət alıb. Sərnişinlərin arasında uşaq yoxdur”, deyə məlumatda qeyd olunub.

DİN əməkdaşları qəza ilə bağlı iki əsas versiya irəli sürüblər: texniki nasazlıq və sürücünün sükan arxasında yuxulaması.


***** 05.53

Rusiyanın Tula vilayətində “Moskva-İrəvan” avtobusu aşıb, 6 nəfər ölüb, 17 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə bölgənin xilasetmə qurumlarındakı mənbə bildirib.

Məlumata görə, “Moskva-İrəvan” avtobusu M4 “Don” magistral yolda aşıb. “Qəza yolun 220-ci km-də, İlyinka yaşayış məntəqəsindən 2 km aralıda baş verib. İlkin məlumata görə, “Hyundai” markalı avtobus idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində 23 nəfər xəsarət alıb, onlardan 6 nəfəri ölüb”, deyə mənbə bildirib.

Avtobusun Rusiya dövlət nömrə nişanı ilə hərəkət etdiyi bildirilir.

Məlumata görə, 16 nəfər müxtəlif xəsarətlərlə Uzlovaya şəhər xəstəxanasına, bir nəfər isə Kireyevsk xəstəxanasına yerləşdirilib.



Diaspora