Misirdəki qəzanın qurbanlarını daşıyan ikinci təyyarə Peterburqa enib

Misirdəki qəzanın qurbanlarını daşıyan ikinci təyyarə Peterburqa enib backend

Misirdəki təyyarə qəzasının qurbanlarının qalıqlarını daşıyan Rusiya FHN-in ikinci təyyarəsi Peterburqun Pulkovo hava limanına enib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya FHN-nə məxsus “İL76” tipli təyyarə ilə qəzada ölənlərin pasport və şəxsi əşyaları, həmçinin, cəsədlərin qalıqları gətirilib. Cəsədlər məhkəmə-tibbi ekspertizanın aparılması və yaxınları tərəfindən tanınması üçün istintaq orqanlarına təhvil veriləcək.

Qeyd edək ki, Misirdəki qəzanın qurbanlarının cəsədlərini daşıyan birinci təyyarə noyabrın 2-də Peterburqda enib. Məlumata görə, birinci təyyarə ilə 130-dan çox meyit və 40-dan çox cəsəd fraqmenti gətirilib.

Bundan əvvəl ölənlərdən 96 nəfərin cəsədinin Sankt Peterburq morquna gətirildiyi bildirilib. Onlardan altısı yaxınları tərəfindən tanınıb.

Cəsədlərin tanınması proseduru noyabrın 3-nə keçirilib.

Xatırladaq ki, oktyabrın 31-də "Koqalımavia" şirkətinə məxsus təyyarə Misirdə qəzaya uğrayıb. Göyərtədə olan 224 nəfərin hamısı ölüb.
Diaspora