İngiltərədə təhlükəli xəstəliyə düçar olan kişi xəstəxana otağında evlənib. İki gün sonra o, dünyasını dəyişib.
Qaziler.azbildirir ki, bu barədə "Daily Mirror" yazır.
Bəy 51 yaşlı Mayk və gəlini 38 yaşlı Lara 11 il əvvəl tanış olublar. Qadın deyir: "2020-ci ildə yenidən evlənəcəkdik, lakin koronavirus bizə mane oldu. Ancaq biz həmişə çox vaxtımızın olduğunu və nə vaxtsa evlənəcəyimizi düşünürdük."
Mayk ilin əvvəlindən nəfəs darlığından əziyyət çəkirdi. May ayında ona pnevmoskleroz diaqnozu qoyulub. Bu xəstəlikdə ağciyər toxuması birləşdirici toxuma ilə əvəz olunur. Pnevmosklerozlu insanlar iki ildən beş ilədək, bəzən daha uzun yaşayırlar, lakin Maykın bəxti gətirməyib.
Avqust ayında onun vəziyyəti xeyli pisləşib. O, üç həftə xəstəxanada yatıb və evə buraxılanda pilləkənləri çətinliklə qalxa bilib. Bir həftə sonra yenidən xəstəxanaya yerləşdirilib.
Xəstəxana keşişi ilə söhbət etdikdən sonra Mayk və Lara vaxt itirməməyə və ən qısa zamanda evlənməyə qərar veriblər. Gəlinin hər şeyi təşkil etmək üçün 24 saat vaxtı olub və o, bacarıb.
"Möhtəşəm idi və eyni zamanda çox üzücü idi. O da, mən də belə bir toy istəmirdik. Qohumlarımız, dostlarımız bizimlə idi. Maykın ən yaxın dostu dedi: söhbət dəbdəbəli paltarlardan və yüzlərlə qonaqdan getmir, bunların heç biri lazım deyil. Əsas olan sevgidədir".
İki gün sonra Mayk vəfat etdi. Amma o, böyük bir sevgi yaşayaraq dünyasını dəyişdi.
QAZİLER.AZ