Kuba və ABŞ arasında tarixi saziş imzalandı

Kuba və ABŞ arasında tarixi saziş imzalandı backend

Beynəlxalq Havana yarmarkası çərçivəsində Kuba və ABŞ arasında ilk dəfə olaraq birbaşa mobil rouminq haqqında saziş imzalanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saziş Kubanın “Etecsa” və ABŞ-ın “Sprint” mobil operatorları arasında imzalanıb. “Sprint” şirkətinin prezidenti Marselo Klaure bildirib ki, xidmət yaxın bir neçə həftə ərzində göstərilməyə başlanacaq.


Meksikanın “El Universal” nəşrinin məlumatına görə, “Sprint” mobil operatorun 60 milyonadək abonenti “Etecsa” şəbəkəsinə zəng vura və qəbul edə biləcək, SMS və digər məlumatları göndərə biləcək. ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi iqtisadi embarqonun davam etməsi səbəbindən rouminqə görə hesablaşmalar dollar deyil, digər valyuta üzrə həyata keçiriləcək.
Diaspora