Kreml HƏMAS liderinin öldürülməsindən narahatdır

Kreml HƏMAS liderinin öldürülməsindən narahatdır backend

Rusiya tərəfi HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsinin Yaxın Şərq regionu üçün mümkün nəticələrindən narahatdır.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Moskvanın əsas narahatlığı Qəzza və Livanda baş verən humanitar fəlakətdir.

"Bizim üçün əsas məsələ mülki əhali üçün müşahidə etdiyimiz nəticələrdir. Bu, bizim üçün ciddi narahatlığa səbəb olur”, – Peskov İsrailin hücumuna reaksiya ilə bağlı sualı cavablandırarkən deyib.

QAZİLER.AZ

Diaspora