ABŞ prezidenti Co Bayden qısamüddətli səfər üçün Almaniyaya gedib. Bu, onun Amerika prezidenti kimi Berlinə sonuncu səfəridir.
Bu barədə RBC-Ukrayna “Reuters”ə istinadən xəbər verir.
ABŞ prezidenti oktyabrın 17-də axşam saatlarında Berlinə gəlib. Bu gün o, Almaniya prezidenti və kansleri ilə ikitərəfli danışıqlar aparacaq.
Berlində Bayden Almaniya, Fransa və Britaniya liderləri ilə Rusiyanın Ukraynaya müdaxiləsini müzakirə edəcək. Yaxın Şərqdəki münaqişənin danışıqların mühüm mövzusu olacağı gözlənilir.
"Söhbət Ukraynadakı döyüş meydanındakı vəziyyət, müharibənin trayektoriyası, müttəfiqlərin Ukraynaya ən yaxşı şəkildə necə dəstək verə biləcəyi barədə olacaq", - ABŞ administrasiyasının rəsmisi səfər öncəsi Avropa liderləri ilə görüş barədə deyib.
ABŞ-da baş verən Milton qasırğası səbəbindən prezidentin səfəri təxirə salınmışdı.
QAZİLER.AZ.