Ukrayna baş prokurorunun iş otağı atəşə tutuldu

Ukrayna baş prokurorunun iş otağı atəşə tutuldu backend

Noyabrın 2-də səhər 10 radələrində naməlum şəxslər Ukraynanın baş prokuroru Viktor Şokinin iş otağına iki dəfə atəş açıb. Məlumata görə, atəş kabinetin pəncərələrinə iclas zamanı küçədən açılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəsmi nümayəndəsi Yelena Qitlyandskaya bildirib.


Onun sözlərinə görə, insident nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə UTX-nın əməliyyat-istintaq qrupu cəlb olunub.

Yelena Qitlyandskaya atəşin snayper tüfəngindən açılması barədə yayılmış xəbərləri təsdiqləməyib və dəqiq məlumatın istintaq tədbirləri aparıldıqdan sonra veriləcəyini bildirib
Diaspora