Avropa paytaxtında Avropa İttifaqına üzv dövlətlərin 27 liderinin zirvə toplantısı keçirilir. Gündəliyin əsas məsələləri Avropa İttifaqına qeyri-qanuni miqrasiya ilə mübarizə, Avropanın rəqabət qabiliyyəti, iqlim, biomüxtəlifliyin qorunmasıdır.
Qaziler.az Kazinform-a istinadən xəbər verir, Aİ-nin xarici siyasət məsələləri də - Yaxın Şərqdəki vəziyyət və s. müzakirə olunur
Sammitdən əvvəl Yunanıstanın baş naziri Kriakos Mitsotakis "Financial Times" qəzetinə deyib ki, AB işçi çatışmazlığını aradan qaldırmaq üçün leqal miqrantlara açıq qalmalıdır.
"Böyük hasar çəkmək istəyirsənsə, böyük qapı da lazımdır. Zeytunlarımızı kim yığacaq? Biz kiçilən qitəyik və bunu hamımız etiraf edirik", - deyə Yunanıstanın baş naziri bildirib.
Bundan başqa, K.Mitsotakis İtaliya və Albaniya arasında əməkdaşlıq nümunəsi əsasında üçüncü ölkələrdə qaçqınlar üçün mərkəzlərin yaradılması variantlarını dəyərləndirərkən ehtiyatlı davranıb.
"İcazə verin burada diqqətli olum. Bu, ikitərəfli razılaşmadır. Onun həqiqətən işlədiyini də görməliyik”, - Mitsotakis bildirib.
QAZİLER.AZ