Afrikada meymun çiçəyi xəstəliyindən ölənlərin sayı 1100-ə yüksəlib

Afrikada meymun çiçəyi xəstəliyindən ölənlərin sayı 1100-ə yüksəlib backend

Afrika Birliyi Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (Africa CDC) qitədə meymun çiçəyi virusundan (mpox) ölüm hallarının 1100-ə çatdığını açıqlayıb.

Afrika CDC-nin baş direktoru Jean Kaseya mətbuata verdiyi açıqlamada meymun çiçəyi virusu ilə bağlı cari məlumatları paylaşdı.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, son bir həftədə 3 min hadisənin aşkarlandığını və epidemiyada 50 nəfərin öldüyünü açıqlayan Kaseya, Zimbabve və Zambiyada yeni halların qeydə alındığını açıqladı.

Kaseya, epidemiyanın Afrikanın 18 ölkəsində yayıldığını və yoluxma sayının 42 min 438, epidemiyada ölənlərin sayının isə 1100-ə yüksəldiyini bildirib.

Digər tərəfdən, Kaseya, hadisələrin yüzdə 86-nın Mərkəzi Afrika bölgəsində aşkar edildiyini söyləyib.

QAZİLER.AZ

Diaspora