Təl-Əviv sakinləri HƏMAS rəhbərinin öldürülməsinə belə reaksiya verdilər - VİDEO

Təl-Əviv sakinləri HƏMAS rəhbərinin öldürülməsinə belə reaksiya verdilər - VİDEO backend

Təl-Əviv sakinləri İsrail Müdafiə Qüvvələrinin Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarı öldürməsi xəbəri ilə küçələrə axışıb.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 17-də hadisə yerindən “İzvestiya”nın müxbiri məlumat verib.

Sakinlər hərəkat rəhbərinin öldürülməsinə sevinərək küçədə atəşfəşanlıq ediblər.

“İnsanlar Sinvarın öldürülməsinə  sevinirlər. Bəziləri ölən əsgərlərin qohumları, Sinvar və HƏMAS-ın qurbanlarıdır ki, onlar sevinirlər ki, İsrail bu terrorçunu məhv edə bildi”, - müxbir Nikita Kulyuxin qeyd edib.

Son məlumatlara görə, Sinvarın DNT-si və barmaq izi təsdiqlənib. Beləliklə, 100% əminliklə deyə bilərik ki, öldürülən şəxs HƏMAS-ın lideridir, jurnalist əlavə edib.

QAZİLER.AZ

 

Diaspora