Almaniya Ukraynanı AIM-9L raketləri ilə təmin edəcək

Almaniya Ukraynanı AIM-9L raketləri ilə təmin edəcək backend

Almaniya Ukraynaya yeni silah tədarükü hazırlayır. O cümlədən, Berlin Kiyevə AIM-9L idarə olunan raketləri və 4 min hücum pilotsuz uçuş aparatını vermək niyyətindədir.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu, Almaniya hökumətinin saytında dərc olunan Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım siyahısında yer alıb.

“AIM-9L idarəolunan raketləri, 4000 hücum pilotsuz uçan aparatı və 361 “Songbird” kəşfiyyat PUA-sı çatdırılma üçün hazırlanır. İki TRML-4D radar stansiyası, 42 min 40 mm-lik mərmi”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, yeni paketə “Sea Sparrow” idarə olunan raketləri, 6 ədəd “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusu, həmçinin “Leopard 1”, “Leopard 2” tankları və “Marder” piyada döyüş maşınları üçün döyüş sursatı və IRIS-T SLM üçün raketlər də daxildir.

QAZİLER.AZ

Diaspora