Sinvarın ölümündən sonra Netanyahu HƏMAS-ı silahlarını yerə qoymağa çağırıb

Sinvarın ölümündən sonra Netanyahu HƏMAS-ı silahlarını yerə qoymağa çağırıb backend

"Silahı yerə qoyub girovları qaytaranlara yaşamağa icazə veriləcək"

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. O, Fələstin HƏMAS lideri Yəhya Sinvarın zərərsizləşdirilməsindən  sonra qarşı tərəfə girov sövdələşməsi təklif edib. O, bu barədə oktyabrın 17-də məlumat verib.

Netanyahu israilli girovları saxlayanlara müraciət edərək bildirib ki, əleyhdarların silahlarını yerə qoyaraq girovları geri qaytarmaları halında ölkəni tərk edib yaşamağa icazə veriləcək. O, xəbərdarlıq edib ki, saxlanılan insanlara zərər dəysə, yaraqlılar məhv ediləcək.

Bundan əlavə, İsrailin baş naziri Sinvarın məhv edilməsinii HƏMAS-ın yaramaz hakimiyyətinin tənəzzülündə mühüm mərhələ adlandırıb. O, hərəkatın keçmiş liderinin Qəzza zolağında sakinlərin həyatını məhv etdiyini bildirib.

“HƏMAS terrorçularına bunu deyirəm: liderləriniz qaçır və məhv ediləcək”, - Netanyahu yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora