Liviya inqilabçısı və siyasətçisi Müammar Qəddafinin qızı Aişə əvvəllər heç bir yerdə nümayiş olunmayan yeni rəsmlərini Moskvadakı sərgiyə gətirib.
Qaziler.az bildirir ki, bu barədə “İzvestiya” oktyabrın 17-də kadrları paylaşıb.
Qadın qeyd edib ki, rəsmlər onun tərəfindən atasının və qardaşının ölümünün ildönümünün xatirəsinə çəkilib. O, həmçinin bildirib ki, onun əl işlərində ailəsinin başına gələn faciə sənədləşdirilir.
“ Rəsmlərimi əvvəlki sərgilərdə təqdim etmişəm. amma bu gün ilk dəfədir bu əsərləri təqdim edirəm”, deyən Aişə onların “ürəklə yazıldığını” və onun həyata, yaddaşa baxışını əks etdirdiyini bildirib.
QAZİLER.AZ